Etibarnamənin təsdiqi ilə bağlı dəyişiklik oldu

Etibarnamənin təsdiqi ilə bağlı dəyişiklik oldu

22 Avqust 2014 10:51
Bəyəndim (0) Bəyənmədim (0)

Avtomobillərin icarəsi və etibarnamənin təsdiqi barədə qaydalarda dəyişiklik edilib. Dəyişikliklər Nazirlər Kabinetinin 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da öz əksini tapıb.
Yeni dəyişikliklərə əsasən, nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqavilə, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnamə təsdiq edilərkən, notarius fiziki şəxslərin qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsi və olduğu halda elektron ünvanı və sürücülük vəsiqəsinin nömrəsi, hüquqi şəxslərin isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxs barədə müvafiq məlumatları dərhal Ədliyyə Nazirliyinin "Notariat Sənədlərinin Elektron Məlumat Bankı"na əlavə etməlidir.

Mediainfo.az