Baş Prokuror intihar etmək istəyən şəxsi qəbul edərək, şikayətini nəzarətə götürüb

Baş Prokuror intihar etmək istəyən şəxsi qəbul edərək, şikayətini nəzarətə götürüb

21 Avqust 2014 16:37
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda körpüyə çıxaraq intihar etmək istəyən Fəqan Nəsibov baş prokuror Zakir Qaralov tərəfindən qəbul edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov apa -ya bildirib ki, Bakı Metropoliteninin "Koroğlu" stansiyası yaxınlığındakı körpüyə çıxaraq intihara cəhd edən Səbail rayon sakini Nəsibov Fəqan Sabir oğlu baş prokuror Zakir Qaralov tərəfindən qəbul edilərək dinlənilib.

F. Nəsibovun müraciəti baş prokuror tərəfindən nəzarətə götürülməklə şikayət ərizəsində göstərilən xüsusatların qanuna müvafiq qaydada araşdırılması üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Mediainfo.az