Ebolaya yoluxan həkim sınaqdan keçən dərmanla sağalıb

Ebolaya yoluxan həkim sınaqdan keçən dərmanla sağalıb

21 Avqust 2014 16:34
Bəyəndim (0) Bəyənmədim (0)

Ebola xəstəliyinə yoluxmuş amerikalı həkim hələ təcrübədən keçən dərmanla müalicə olunub və sağalıb. Avqustun 21-nə Kent Brantli adlı həkimin müalicə olunduğu xəstəxanada xüsusi mətbuat konfransı keçiriləcək.

Brantlidən başqa bir amerikalı həkim də həmin xəstəliyə yoluxub və hazırda eyni xəstəxanada müalicə olunur.

Qərbi Afrikada- Liberiya, Syerra Leone, Qvineya, Nigeriyada Ebola xəstəliyindən 1400 adam ölüb. Xəstəliyin dərmanı hələ tapılmayıb, yalnız sınaqdan keçirilən dərman var. ("Azadlıq" radiosu)