Döyüşə yararlı silah-sursatlar məktəblərdən yığılır

Döyüşə yararlı silah-sursatlar məktəblərdən yığılır

21 Avqust 2014 15:11
Bəyəndim (0) Bəyənmədim (0)

Bu proses daxili işlər nazirinin imzası ilə Təhsil Nazirliyinə daxil olan məktub əsasında həyata keçirilir

Azərbaycanın ümumtəhsil məktəblərindən döyüşə yararlı hesab olunan silah-sursatlar yığışdırılır. Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov Apa -ya açıqlamasında deyib ki, məktəblərdə bədbəxt hadisələrin qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlərdə söhbət yalnız döyüşə yararlı hesab olunan silah-sursatdan gedir.

Onun sözlərinə görə, bu tədbirlər döyüş üçün heç bir təyinatı olmayan, təlim məqsədilə istifadə olunan silah-sursata aid edilmir: "Bununla bağlı daxili işlər nazirinin imzası ilə Təhsil Nazirliyinə məktub daxil olub. Həmin məktub əsasında Təhsil şöbələrinə məktub göndərilib, onlar da məktəblərdən döyüşə yararlı silah-sursatın yığışdırılması ilə bağlı yerli qurumlara göstəriş veriblər. Yerlərdə vəziyyətə baxılır, məktəblərdə döyüşə yararlı silah-sursat varsa, rayon Polis şöbələri Təhsil şöbələri ilə birlikdə akt tərtib edir və həmin silah-sursat götürülür".

Mediainfo.az