İsmayıllıda ölümlə nəticələnən qəza

İsmayıllıda ölümlə nəticələnən qəza

21 Avqust 2014 15:06
Bəyəndim (0) Bəyənmədim (0)

İsmayıllı rayonunda ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyi saytının verdiyi məlumata görə, hadisə avqustun 20-də saat 10 radələrində İsmayıllı rayonunun Topçu kəndində qeydə alınıb.

Hacıhətəmli kənd sakini İlham Azayevin idarə etdiyi "VAZ-21063" və Bakı şəhər sakini Əliağa Həsənovun idarə etdiyi "Toyota" markalı avtomobillər toqquşub.

Nəticədə 1975-ci il təvəllüdlü İ.Azayev hadisə yerində dünyasını dəyişib, sərnişinləri - Bakı şəhər sakinləri Cavid Azayev, Xədicə Bağırzadə, Hacıhətəmli kənd sakini Minay Azayeva, habelə Ə.Həsənov və onun sərnişini - Bakı şəhər sakini Gülşən Şirəliyeva xəstəxanaya yerləşdirilib. 1985-ci il təvəllüdlü Cavid Azayev orada dünyasını dəyişib.

Qəza nəticəsində ölənlərin əminəvəsi olduqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az