Silahlar dəqiqələrcə ölüm qusdu

Silahlar dəqiqələrcə ölüm qusdu

13 İyun 2011 12:38
799
Bəyəndim (0) Bəyənmədim (0)


Suriyada təzyiqlər qalxdıqca bölgədəki qarşıdurmalar davam edir. Yaşanan olaylardan qaçmaq istəyən suriyalılarsa bir növ atəş xəttində qalır. Tərəflər bir-birini tələf edərkən olan yenə dinc sakinlərə olur. Ölkədən qaçmaq istəyənlər müharibənin episentrinə düşür və sonu da məzarlıq olur. Bəzi yaralılarasa elə olay yerindəcə ilk tibbi yardım göstərilir.

Digər tərəfdən Suriyadan cana doyan sakinlər Türkiyə sərhədini keçirlər. Sərhəd bölgədə məhz onlar üçün qurulan çadırlarda məskunlaşan qaçqınlara Qızıl Aypara Cəmiyyəti hər cür yardım göstərir. Sağlamlığından şikayət edənlərsə çadırlarda özəl olaraq qurulmuş xəstəxanaya müraciət edirlər.

Gəzməyə qərib ölkə, ölməyə "vətən yaxşı"?

Günel Həbib

O.M.