Bakıda zəncirvari qəza

Bakıda zəncirvari qəza

19 Avqust 2014 14:52
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Xəzər rayonunda zəncirvari yol qəzası baş verib. Bu barədə Xəzər rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, hadisə rayonun Buzovna qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakinləri Rüfət Zamanovun idarə etdiyi "Mitsubishi", Nicat Ağabəyovun idarə etdiyi "KİA" və Orxan Yusubovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillər toqquşub.

O.Yusubov hadisə yerində ölüb, R.Zamanov xəstəxanaya yerləşdirilib.

Mediainfo.az