Türkiyədə PKK-çının heykəli söküldü

Türkiyədə PKK-çının heykəli söküldü

19 Avqust 2014 14:28
532
Bəyəndim (0) Bəyənmədim (0)

Diyarbəkirin Lice kəndindəki PKK qəbristanlığında terrorçu Mahsum Korkmaza heykəl açılması Türkiyədə iğtişaşlara səbəb olub. Avqustun 19-da heykəlin götürülməsi haqqında məhkəmə qərarının icra edilməsi zamanı hökumət qüvvələri ilə terrorçular arasında gedən atışmalarda bir PKK-çı öldürülüb.

Heykəl avqustun 15-də PKK-çıların türk əsgərini şəhid etməsinin 30 illiyində açılıb. Mərasimə HDP-çi parlament üzvləri də qatılıblar.

Heykəlin açılmasından sonra ölkə ictimaiyyətinin, eləcə də müxalifətin ciddi təpkisi məsələ ilə bağlı təcili məhkəmə çəkişməsinə səbəb olub.

MHP başqanı D.Baxçalı bu haqda açıqlamasında türk şəhidlərinin sümüklərini sızladan bu hərəkət üçün AKP-nin məsuliyyət daşıdığını bildirib.

Avqustun 18-də Diyarbəkir Baş Prokurorluğunda açılan cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Məhkəmə terror təşkilatının təbliğatı olduğu üçün heykəli "suç əşyası"elan edib və dərhal yıxılması haqqında qərar çıxarıb.

Avqustun 19-da səhər saatlarında Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri qərarın icrası üçün bölgəyə gəldikdə, PKK terrorçuları ilə türk əsgərləri arasında silahlı toqquşma baş verib. Bu toqquşma nəticəsində bir terrorçu məhv edilib, 2 PKK-çı yaralanıb.

Mediainfo.az