NATO bomba zərbələrini artıracaq

NATO bomba zərbələrini artıracaq

13 İyun 2011 12:37
658
Bəyəndim (0) Bəyənmədim (0)
Qəddafi ABŞ rəhbərliyinə müraciət etdi

Son günlər ərzində Liviya liderinə sadiq qüvvələrin kommunikasiya mərkəzlərinə NATO ölkələrinin zərbələri sıxlaşıb. NATO qüvvələri Liviya lideri Müəmmar Qəddafinin ordusuna bomba zərbələri endirməkdə israrlıdır. Bu haqda alyansın rəhbərliyi məlumat yayıb: "Tripoli ilə Tunis sərhədi arasındakı ərazidə yaşayan əhali Qəddafi rejimindən cana doyub. Xalq öz müqəddəratını müəyyənləşdirmək istəyir. General Şarl Buşarın hərbi qüvvələri Qəddafi rejiminə qarşı təzyiqi gücləndirəcək."

Qəddafi yenidən ABŞ rəhbərliyinə müraciət edərək atəşkəsə və müxalifətçilərlə ABŞ-ın patronajı altında danışıqlara hazır olduğunu bildirib: "Mən sizə - böyük demokratiyaya müraciət edirəm, xalqımızın gələcəyini müəyyənləşdirməkdə bizə kömək edəsiniz".

ABŞ-sayağı demokratiya bu cür olur, cənab Qəddafi...

Bəhram Mustafabəyli

O.M.