Yevlaxda qəza: bir ölü

Yevlaxda qəza: bir ölü

18 Avqust 2014 16:04
Bəyəndim (0) Bəyənmədim (0)

Yevlax rayonunun Xanabad kəndində ağır yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakini Anar Bəkirovun idarə etdiyi "Lexus" və Bərdə şəhər sakini Elçin Salayevin idarə etdiyi "VAZ-21061" markalı avtomobillər toqquşub. E.Salayevin xəstəxanaya yerləşdirilmiş sərnişini, Yevlax şəhər sakini Könül Bayramova orada ölüb.

Mediainfo.az