Rəis oğlu qəza törətdi

Rəis oğlu qəza törətdi

18 Avqust 2014 16:01
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 16-sı gecə radələrində DİN Mühafizə Baş İdarəsinin Şabran bölməsinin əməkdaşı Vahab Əlibəy oğlu Eynalov polis serjantı içkili vəziyyətdə yol qəzası törədib.

Axar .azın yerli mənbədən əldə etdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, biri yaralanıb. Ölən şəxs rayonun Sincanboyad kənd sakinidir.

Məlumatda deyilir ki, polis əməkdaşı artıq həbs edilərək istintaqa təhvil verilib. Onun Şabran Rayon İcra Hakimiyyətində mühafizə polisi işlədiyi qeyd edilir. Onun artıq işindən azad edildiyi bildirilir.

Polis serjantının atası Əlibəy Eynalov uzun müddət polis rəisi vəzifəsində çalışıb, hazırda isə Nəqliyyatda Polis Baş İdarəsinin Xudat dəmiryol stansiyasında polis rəisidir.

Baş Prokurorluğun mətbuat xidmətindən faktı təsdiqləyərək bildirdilər ki, hazırda araşdırma aparılır.

Mediainfo.az