Qapalı iclasda 3 tonluq heroin müzakirə olunub

Qapalı iclasda 3 tonluq heroin müzakirə olunub

14 Avqust 2014 18:27
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının aidiyyəti orqanların məsul şəxslərinin iştirakı ilə qapalı iclası keçirilib.

Mediainfo.az AzerTac-a istinadən xəbər verir ki, iclasda cari il iyulun 11-də Gürcüstan Daxili İşlər Nazirliyinin ölkədə külli miqdarda (2800 litrə yaxın yuyucu maddədə həll edilmiş 588 kiloqram 885 qram heroin, 11 kiloqram 759 qram morfin və 2 kiloqram 201 qram kodein) narkotik maddənin saxlanılması və Azərbaycan Respublikası ərazisindən tranzit olaraq keçməsi barədə ilkin məlumat üzrə aidiyyəti orqanlar tərəfindən aparılan araşdırmanın nəticələri müzakirə edilib.

İclasda araşdırmanın davam etdirilməsi, görülən işlər barədə Dövlət Komissiyasının mütəmadi olaraq məlumatlandırılması barədə müvafiq tapşırıqlar verilib. Qeyd edilib ki, bu məsələ Azərbaycan Respublikası Prezidentinin gündəlik nəzarətindədir.