Respublikamızda ebola virusu təhlükəsi yoxdur

Respublikamızda ebola virusu təhlükəsi yoxdur

14 Avqust 2014 15:54
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda ebola daşıyıcısı qeydə alınmayıb. Azərbaycan ebola virusu qeydə alınmış ölkələrdən hər hansı heyvandarlıq məhsulları almır və bu ölkələrdə iqtisadi əlaqələrimiz yoxdur.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə Azərbaycan heyvandarlıq məhsulları gətirdiyi ölkələrdə epizodik vəziyyət tam sabitdir.

"Biz daim Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarını izləyirik. Epizodik vəziyyət sabit olmayan ölkələrdən heyvandarlıq məhsullarının gətirilməsinin qarşısı dərhal alınır", o qeyd edib.

Səhiyyə Nazirliyi sanitar epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov isə "Amerikanın səsi"nə deyib ki, ölkədə epidemioloji vəziyyət tam sabitdir.

"Ümumdünya Səhiyyə Təşkilatı Avropa qitəsi ölkələri, o cümlədən Azərbaycanı ebola virusu ilə bağlı ən aşağı risk ölkələri kimi qiymətləndirir. Buna baxmayaraq Səhiyyə Nazirliyi müvafiq hazırlıq və profilaktik işlər aparır. Ölkədə kifayət qədər dərman preparataları ehtiyatları var", o qeyd edib.

Qafqaz Müsəlmanları İdarəsi də vətəndaşları həcc ziyarətinə gedərkən ebola xəstəliyi ilə bağlı ehtiyatlı olmağa çağırıb ("Amerikanın səsi").

Mediainfo.az