Türkiyəli məmur azərbaycanlı əsgərlərə baş çəkib

Türkiyəli məmur azərbaycanlı əsgərlərə baş çəkib

14 Avqust 2014 13:18
631
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Türkiyədə müalicə alan azərbaycanlı əsgərlərə baş çəkib. Cəmil Çiçək diversiya-təxribat cəhdləri və hücumlarının qarşısını alarkən yaralanan əsgərlərimizə tez bir zamanda sağalmasını diləyib. TBMM sədri həkimlərə müvafiq göstərişlər verib.
Qeyd edək ki, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində erməni kəşfiyyat-təxribat qrupunun mövqelərimizə basqınları nəticəsində bir neçə əsgərimiz yaralanmışdı. Yaralanan əsgərlərimizdən üçü avqustun 9-dan müalicələrini Türkiyədə davam etdirirlər. erməni kəşfiyyat-təxribat qrupunun mövqelərimizə basqını qarşı tərəf xeyli itki verərək geri çəkilmişdi.

Mediainfo.az