Bakıda və Sumqayıtda karyera mərkəzləri yaradılacaq

Bakıda və Sumqayıtda karyera mərkəzləri yaradılacaq

13 İyun 2011 10:47
Bəyəndim (0) Bəyənmədim (0)

"Oxumeni.az" "AzərTAc"a istinadən xəbər verir ki, iyunun 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində keçirilmiş "Gənclər: professionallıq və şəxsi inkişaf" mövzusunda debatlar zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti rəisinin müavini Xaliq İlyasov bildirib ki, ölkəmizdə bu ilin oktyabrında gənclər üçün karyera məsləhəti üzrə mərkəzlər yaradılacaq: "Dünya Bankının və nazirliyin birgə layihəsi çərçivəsində karyera məsləhəti üzrə vahid mərkəzlər ilkin olaraq Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərəcək. Karyera mərkəzinə daha çox 14-17 yaşlı gənclər cəlb olunacaq və onlara ixtisas seçimi, gələcək fəaliyyətləri barədə məsləhətlər veriləcək".

Məsləhətli don gen olar.

Tofiq Əliyev

O.M.