Bu gün növbəti buraxılış imtahanları keçirilir

Bu gün növbəti buraxılış imtahanları keçirilir

13 İyun 2011 10:32
Bəyəndim (0) Bəyənmədim (0)

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu gün orta məktəblərdə ümumi orta və tam orta təhsil səviyyələri üzrə növbəti buraxılış imtahanları keçirilir. Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax rayonları üzrə 11-ci sinif şagirdləri üçün imtahan saat 10.00-da başlayıb və 3 saat davam edəcək. 9-cu sinif şagirdləri üçün isə saat 15.00-da başlayacaq və 1 saat yarım davam edəcək.

İyunun 16-da isə Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonları üzrə növbəti imtahanlar keçiriləcək. Son buraxılış imtahanları isə iyunun 17-18-də Bakıda olacaq.

Əsas həyat imtahanıdır. Çünki həyat imtahanında alternativ yollar olmur.

Tofiq Əliyev

O.M.