Kəlbəcərli girovlardan xəbər var

Kəlbəcərli girovlardan xəbər var

13 Avqust 2014 17:07
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan tərəfindən girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovun məktubu bu gün BQXK-nın Bərdə ofisinin nümayəndələri tərəfindən ailə üzvlərinə təqdim edilib.

ahbaz Quliyevin bacısı İlhamə Quliyevanın sözlərinə görə, BQXK-nın Bərdə ofisindən bildiriblər ki, hələlik girovların şəkillərinin ailələrinə çatdırılması barədə danışıqlar gedir. Eyni zamanda Şahbaz Quliyevə çatdırılması üçün ailə üzvlərinin şəkilləri istənilib. BQXK-nın Bərdə ofisindən onu da bildiriblər ki, girovlarla bir də sentyabr ayında görüş təşkil ediləcək. Ailənin cavab məktubu da həmin vaxt girovlara çatdırılacaq.

Şahbaz Quliyevin məktubundan bir hissəni nəzərinizə çatdırırıq: "Salam bacılarım və qardaşlarım. Mənim vəziyyətim yaxşıdır. Hamıya məndən salam deyin. Nənəmə və Elzaya salam. Qardaşınız Şahbaz". (anspress)

Mediainfo.az