Xaçmazda ağır yol qəzası baş verib

Xaçmazda ağır yol qəzası baş verib

13 İyun 2011 10:23
Bəyəndim (0) Bəyənmədim (0)

Xaçmaz Rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Bakı şəhər sakini Nəsibov Tural Yurik oğluna məxsus 90 DL 066 dövlət nömrə nişanlı, "Hyundai Santa Fe" markalı avtomobil Xaçmazdan Həsənqala kəndi istiqamətində hərəkət edərkən yoldan çıxaraq bir neçə dəfə yuvarlanıb. Nəticədə avtomobildə olan sərnişinlər - Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Alimov Tahir Əhmədxan oğlu və Fizuli rayon sakini, 1976-cı il təvəllüdlü Musayev Seymur Barat oğlu hadisə yerindəcə ölüb. Sürücü T. Nəsibov isə ağır vəziyyətdə Xudat Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildiriblər ki, xəstəyə ilkin tibbi yardım göstərilib. Lakin vəziyyəti ağır olduğundan o, təcili Bakı şəhərinə göndərilib. Faktla bağlı araşdırma aparılır. İlkin ehtimallara görə, qəzaya yüksək sürət səbəb olub.

Bir neçə dəfə yuvarlanan maşın sərnişinlərin həyatını alt-üst etdi.

Tofiq Əliyev

O.M.