Tanınmış azərbaycanlı cərrah dünyasını dəyişib

Tanınmış azərbaycanlı cərrah dünyasını dəyişib

13 Avqust 2014 09:55
Bəyəndim (0) Bəyənmədim (0)

Məşhur azərbaycanlı cərrah, professor Cavad Heyət dünən səhər saatlarında vəfat edib. Cavad Heyət bir müddət əvvəl Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, pnevmoniya diaqnozu ilə müalicə olunurdu. Qeyd edək ki, C. Heyət 1925-ci il mayın 24-də Təbrizdə anadan olub.

1946-cı ildə Türkiyənin İstanbul Universitetini bitirib, həmin universitetdə 3 il işlədikdən sonra təhsilini 4 il müddətində Fransadakı Paris universitetində davam etdirib. Yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək İrana qayıdıb. 40 ildən artıq Tehran Universitetində çalışıb.

Cavad Heyət filologiya və türkologiya sahəsində "Azərbaycan ədəbiyyat tarixinə bir baxış", "Azərbaycan şifahi xalq ədəbiyyatı", "Türk dili və ləhcələrinin tarixi", "İki dilin müqayisəsi" kitablarının müəllifidir.

O, Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvüdür.

Azərbaycan Yazıçılar Birliyinin M. F. Axundov adına mükafatına və "Dədə Qorqud" Assosiasiyasının təsis etdiyi "Məmməd Araz" mükafatına layiq görülüb.

Mediainfo.az