Ağacları qanunsuz kəsən yaxalanıb

Ağacları qanunsuz kəsən yaxalanıb

12 Avqust 2014 14:43
Bəyəndim (0) Bəyənmədim (0)

Qaxda qanunsuz ağac kəsən şəxs saxlanılıb. Apa-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qax Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Qaxbaş kənd sakini Akaki Tamazaşvilinin qanunsuz ağac kəsməsi və həmkəndlisi Araz Əsgərovun idarə etdiyi ZiL markalı avtomobildə daşıması müəyyən edilib.

Avtomobilə baxış zamanı müvafiq sənədləri olmayan 5,93 kub metr meşə materialı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az