Jurnalistin döyülməsinin istintaqı yekunlaşıb

Jurnalistin döyülməsinin istintaqı yekunlaşıb

12 Avqust 2014 14:24
Bəyəndim (0) Bəyənmədim (0)

Jurnalist Fərahim İlqaroğlunun döyülməsi faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Bu barədə apa -ya F. İlqaroğlu özü məlumat verib. Onun sözlərinə görə, istintaqın yekunlaşması ilə bağlı ona bildiriş gəlib. Jurnalistə cinayət işinin materialları ilə tanış olmaq üçün vaxt verilib.

Qeyd edək ki, "Yeni Müsavat" qəzetinin əməkdaşı Fərahim İlqaroğlu aprelin 25-də yaşadığı evdən çıxarkən naməlum şəxslər tərəfindən döyülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Baş verən hadisə ilə bağlı 1990-cı il təvəllüdlü Feyruz Termişi aprelin 27-də tutulub.

Mediainfo.az