Lənkəranda toy günü qaçan gəlinin məktubu tapılıb!

Lənkəranda toy günü qaçan gəlinin məktubu tapılıb!

12 Avqust 2014 11:49
912
Bəyəndim (0) Bəyənmədim (0)
"Zəhləmiz gedir bir-birimizdən..."

Lənkəran rayonunun Havzava kəndində baş verən qəribə olay təkcə yaxınları deyil, bütün rayon sakinlərini şoka salıb. ANS PRESS-in məlumatına görə, 18 yaşlı Günəş Mənsimzadə toyuna 2 gün qalmış heç kəsə heç nə demədən qəfil yoxa çıxıb.

Günəşin 3 il nişanlı olduğu Nazimi nə səbəbə qoyub qaçmasının səbəbləri isə heç kəsə bəlli deyil. Valideynləri deyir ki, qız öz xoşuna istədiyi oğlanla nişanlanıb və müddət ərzində aralarında ciddi problem də yaşanmayıb. Qız qaçmamışdan 2 gün öncə xoş əhval ruhiyyə ilə gəlin evi də bəzədilib, dəvətnamələr paylanılıb.

Qız atası Adil Mənsimov bütün baş verənlərə baxmayaraq yeganə qızının evinə qayıtmasını istəyir: "Günəş, mənim balam, atan əldən gedir, nə olar mənə bir səs ver. Mən səni atmaram, nə olar gəl. Xaraba qalsin internet çıxardanın evi."

Ağır ürək əməliyyatı keçirən ana - Mərziyə Mənsimova ilə danışmaq istəməsək də dərd özü onu danışdırdı. Qızını evə qaytarmaq üçün bizdən kömək dilədi: "Gəlsin evə, nə olar..."

Artıq ailə qaçan qızla bağlı Lənkəran şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edib. Təhqiqat bölməsinin təhqiqatçısı Mirqasım Abbasov bildirdi ki, faktla bağlı araşdırmalara başlanılıb. Maraqlı olan Günəşin gedərkən qoyub getdiyi iki məktubdur.

"...Mən gedirəm. Bilirəm ki, çox şayiələr qoşacaqlar. And olsun yaradana tək gedirəm. Qız var anasıyla qalır, onlarda qalacam bir müddət. Onların yanında da işləyəcəyəm. Bu toy olsa bədbəxtçilklə bitəcək sonda. Yaxşısı budur olmasın. Bəri başdan evlənməmək daha yaxşıdır. Zəhləmiz gedir bir birimizdən. Evlənmək rüsvayçılıq olardı."
Deməli,18 yaşlı qız valideynlərin iddia etdiyi kimi də xoşbəxt deyilmiş. Toya gəlincə isə, avqustun 8-də gəlinsiz toy çalınıb.
Günəş Mənsimzadənin atası Adil Mənsimov bir həftədir yoxa çıxan qızını tapmaq ümidilə Bakıya üz tutub.

Mediainfo.az