Fermanın damından yıxılıb öldü

Fermanın damından yıxılıb öldü

11 Avqust 2014 16:19
Bəyəndim (0) Bəyənmədim (0)

Qusar sakini bədbəxt hadisə nəticəsində ölüb. Qusar Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Aşağı-Ləyər kəndi ərazisində qeydə alınıb. Kənd sakini Ramiddin Hacıyev, Bakı şəhər sakini Raqub Əliyevə məxsus fermanın damında təmir işləri apararkən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az