11 iyunun hava proqnozu

11 iyunun hava proqnozu

11 İyun 2011 12:11
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda və Abşeron yarımadasında havanın az buludlu, yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Bakıda gecə 19-21°, gündüz 28-30° isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 752 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.

Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 14-19° isti, gündüz 28-22° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-23° isti təşkil edəcək.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 15-19° isti, gündüz 26-31° isti təşkil edəcək.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti təşkil edəcək, dağlarda gecə 7-12° isti, gündüz 19-24° isti olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 28-33° isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 17-20° isti, gündüz 26-31° isti təşkil edəcək, dağlarda gecə 13-17° isti, gündüz 20-25° isti olacaq.


Günel Həbib