Bu gün ölkənin fövqəladə vəziyyəti haqda

Bu gün ölkənin fövqəladə vəziyyəti haqda

11 İyun 2011 12:09
Bəyəndim (0) Bəyənmədim (0)

*** Balakən rayonu, Katex kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus traktorun qoşqusuna yığılmış 1500 kq ot bağlaması yanmışdır. Yanğın saat 21:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

*** Ağdaş rayonu, Pirəcə kəndində (rayon mərkəzindən 35 km aralı) vətəndaşa məxsus sahədə 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 22:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

*** Lənkəran şəhərində ikimərtəbəli binanın 1-ci mərtəbəsində vətəndaş tərəfindən icarəyə götürülmüş ümumi sahəsi 24 kv.m olan mağazanın yanar konstruksiyaları və əşyalar yanmışdır. Bina yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

*** Abşeron rayonu, Xırdalan şəhərində "Ford" markalı mikroavtobusun yanar hissələri yanmışdır. Yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Günel Həbib