Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

8 Avqust 2014 14:14
Bəyəndim (0) Bəyənmədim (0)

Sabah Bakıda 37, rayonlarda 40 dərəcə isti proqnozlaşdırılır

Bakı və Abşeron yarımadasında avqustun 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 23-27, gündüz 32-37 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh Abşeron çimərliklərində 24-25, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovna Abşeron çimərliklərində 25-26, Türkan, Hövsan, Şıx, Sahil Abşeron çimərliklərində 26-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Mediainfo.az