Obamanın yaxın dostu həbs edildi

Obamanın yaxın dostu həbs edildi

7 Aprel 2011 12:24
792
Bəyəndim (0) Bəyənmədim (0)
O sutenyorluqda ittiham olunur

Barak Obama hətta prezident seçildikdən sonra da sinif yoldaşı Robert Titklə dostluq münasibətlərini davam etdirirdi.

Qonolulu Hüquq Mühafizə orqanları xəbər verirlər ki, 49 yaşlı Robert və daha 4 nəfər "qadın alveri" cinayət işi üzrə həbsə alınıblar. O, əxlaqsız qadın libasında olan polis qadına əməkdaşlıq təklif edərkən yaxalanıb.

Obama hər dəfə Havayiyə gələrkən dostu onu ziyarət edirdi. Onlar birlikdə qolf, basketbol oynayır, çimərlikdə çimirdilər. Hətta Obama ailəsinin üzvləri də tez-tez Robertgilin qonağı olurdu. Hələlik "Ağ Ev" məsələyə şərh verməkdən imtina edir.

Polisin məlumatında o da bildirilir ki, Robert bazar ertəsi günü 21:40 radələrində tutulub. 2 saatdan sonra isə 500 $ girov qoyaraq zaminə buraxılsa da, may ayının əvvəlində məhkəmə qarşısına çıxacaq.

Şəkildə sol tərəfdə Robert Titkdir

O.M.