Hafiz Hacıyev cəbhəyə gedir

Hafiz Hacıyev cəbhəyə gedir

7 Avqust 2014 14:16
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 1-nə keçən gecə Azərbaycanla Ermənistan sərhədi və təmas xətti boyunca hər iki tərəfdən canlı qüvvə itkisi ilə nəticələnən atəşkəs pozuntusu Hafiz Hacıyevin partiyasının üzvlərini hərəkətə gətirib. Bununla bağlı partiyanın İdarə Heyəti 2 gün əvvəl təcili toplantı keçirib. Toplantıda torpaqların azad edilməsi üçün lazımı anda cəbhəyə getmək qərarı verilib.

Partiyadan verilən məlumata görə, artıq partiya daxilində bu yöndə ciddi hazırlıq görülür. Rəhbərlik təşkilat şöbəsinə 1000 nəfərlik, əksəri ordudan tərxis olunmuş və sovet dövründən bu yana istefada olan hərbi qulluqçuların siyahısının tutulmasına göstəriş verib.

Xəbər verilir ki, MMP-nin sıravi üzvləri də bu qərara seviniblər. Orduya, cəbhə bölgəsinə, vətənin müdafiəsinə qatılmaq, ön xəttə vuruşmaq onların ən böyük arzusu olduğunu deyiblər və partiya sədrindən yaradılacaq könüllülər dəstəsinə adlarının yazılmasını xahiş ediblər.

Məlumat üçün deyək ki, MMP sədri Hafiz Hacıyevin adı siyahıda birincidir.

Partiya üzvləri torpaqlarımızın azad olması və müstəqilliyimizin qorunub saxlanılması üçün dövlətin və ölkənin Ali Baş Komandanı İlham Əliyevin verdiyi bütün qərarlara canla-başla hazır olduqlarını deyirlər.

Mediainfo.az