Qazaxda silah-sursat tapıldı

Qazaxda silah-sursat tapıldı

6 Avqust 2014 14:37
Bəyəndim (0) Bəyənmədim (0)

Qazax rayonunun Ağköynək kəndinin ərazisindən silah-sursat aşkar edilərək götürülüb.

Mediainfo.az DİN saytına istinadən xəbər verir ki, Qazax RPŞ əməkdaşları tərəfindən Ağköynək kəndinin ərazisindən 1 ədəd "TOZ 63" markalı, 1 ədəd nömrəsiz "TOZ-8" markalı, 1 ədəd lüləsi və qundağı kəsilmiş, 1 ədəd lüləsi və qundağı kəsilmiş yivli tüfənglər, 11 ədəd alışdırıcısız qumbara, 6 ədəd qumbara alışdırıcısı, 1 ədəd mərmi və 48 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.