Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

6 Avqust 2014 12:58
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 7-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin arabir güclənəcəyi ehtimalı var. Havanın temperaturu gecə 21-26, gündüz 30-35 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, lokal qısamüddətli az yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.

Mediainfo.az