Ermənilər Ağstafanı intensiv atəşə tutublar, nəticədə... - FOTO

Ermənilər Ağstafanı intensiv atəşə tutublar, nəticədə... - FOTO

6 Avqust 2014 12:44
Bəyəndim (0) Bəyənmədim (0)
8 yaşlı sakin yaralanıb

Ermənilərin cəbhə istiqamətində intensiv olaraq atəşkəsi pozması nəticəsində uşaq yaralanıb. Hadisə Ağstafa rayonu istiqamətində baş verib. Məlumata görə, ermənilər sərhəddə yerləşən Köhnə Qışlaq kəndini atəşə tutublar.
Bir neçə saat davam edən atışma nəticəsində Köhnə Qışlaq sakini, 8 yaşlı Qoşqar Abbasov boyun nahiyəsindən yaralanıb.
Ermənilərin atdığı atəş nəticəsində uşağın yaşadığı evin pəncərələri sınıb. şüşə qırıqları, qəlpələr azyaşlının boynundan yaralanması ilə nəticələnib. Uşağa ilkin tibbi yardım göstərilib, vəziyyəti normaldır. Artıq uşaq evə göndərilib.
"Kəpəz" televiziyasının məlumatına görə, Tovuzun Əlibəyli və Hacallı kəndləri isə təxminən gecə saat 03:30-a qədər iriçapalı silahlardan atəşə tutulub. Daha çox işıqsaçan, yandırıcı güllərdən istifadə olunması otlaq sahələrində yanğın baş verməsinə səbəb olub. Azərbaycan silahlı qüvvələrinin cavab atəşi ilə düşmən susdurulub.

Mediainfo.az