2013-cü il perinatal dövrdə 1705 nəfər ölüb

2013-cü il perinatal dövrdə 1705 nəfər ölüb

5 Avqust 2014 14:13
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən il Azərbaycanda perinatal dövrdə 1705 nəfər ölüb. Dövlət Statistika Komitəsindən Apa-ya verilən məlumata görə, ölü doğulanların sayı 576, yeddi günədək yaşayan uşaqların sayı 1129 olub. Perinatal ölümün əmsalı isə (hər 1000 nəfərə diri və ölü doğulana) 9.8-dir.

2013-cü ildə uşaqlar arasında ölənlərin sayı 2811 olub. Onlardan 1591-i oğlan, 1220-si qız olub. Ötən il 25 ana ölümü baş verib. Hər 100 000 nəfər diri doğulana 14.5 nəfər düşüb.

Mediainfo.az