Yenə əsgər ölümünün xəbəri gəldi

Yenə əsgər ölümünün xəbəri gəldi

5 Avqust 2014 10:56
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində silahlı insident olub. Hərbi hissənin əsgəri, 1992-ci il təvəllüdlü Cavid Cəlil oğlu Məmmədov avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində dünyasını dəyişib. Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır. Qeyd edək ki, C. Məmmədov Ağstafa rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Mediainfo.az