Rusiya miqrantlarla bağlı yeni qərar qəbul edib

Rusiya miqrantlarla bağlı yeni qərar qəbul edib

5 Avqust 2014 10:53
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya hökuməti rus dili imtahanından keçən əcnəbilərə xüsusi viza verəcək. Bu barədə Kremlin rəsmi saytında məlumat yerləşdirilib.
Xəbərə görə, əcnəbilərə təqdim ediləcək vizanın müddəti bir illik olacaq. Bu viza həm də Rusiya vətəndaşı olmağı asanlaşdıracaq. Belə ki, rus dili imtahanından keçən və xüsusi viza alan əcnəbi vətəndaş Rusiya vətəndaşı olmaq üçün xüsusi komissiyanın iştirakı ilə rus dili üzrə müsahibədən keçməli olacaq.
Bundan sonra əcnəbi öz ölkəsinin vətəndaşlağından imtina etməli və həmişəlik Rusiyaya yerləşməlidir. Rusiyaya gələndən sonra iki il müddətinə vətəndaşlıq almaq üçün müvafiq orqanlara müraciət etməzsə, həmin şəxsin ölkədən çıxarılacağı bildirilir.

Mediainfo.az