İranda 3 nəfər edam edilib

İranda 3 nəfər edam edilib

4 Avqust 2014 16:28
Bəyəndim (0) Bəyənmədim (0)

İranda zorlamaq və digər cinayət maddələri ilə şübhəli saxlanılan 3 nəfər edam edilib. Türkiyə mətbuatının verdiyi məlumata görə, İranın Şiraz şəhərində 11 ay bundan öncə zorlama, silah soyğunçuluğu, narkotik alverçiliyi ilə məşğul olan şəxslər saxlanılıb. İstintaqın sonunda hər üç cinayətkara edam cəzası verilib. Edam şəhərin mərkəzi meydanların birində xalqa açıq şəkildə həyata keçirilib. Çox sayda şəhər sakini bu hadisəyə tamaşa edib.

Məlumat üçün qeyd edək ki, dünyada ən çox edam cəzası verən ölkə İran İslam Respublikasıdır.

Mediainfo/az