Yol tikintisində faciə

Yol tikintisində faciə

4 Avqust 2014 15:04
Bəyəndim (0) Bəyənmədim (0)

Fəhlə ağır texnikanın altında qalıb. Avqustun 2-də Yevlax rayonunda dəhşətli hadisə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumat görə, rayonun Hacımahmudlu kəndinin ərazisində rayon sakini Şəfayət Məmmədov idarə etdiyi Yol İstismar İdarəsinə məxsus "Qreyder" markalı traktorla yol təmiri işləri apararkən kənd sakini Qabil Abdullayev traktorun altına yıxılıb. Fəhlə aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Faktla bağlı araşdırmalar aparılır.

Mediainfo.az