İŞİD Quranda dəyişiklik etmək istəyir

İŞİD Quranda dəyişiklik etmək istəyir

2 Avqust 2014 12:16
Bəyəndim (0) Bəyənmədim (0)

İraq Şam İslam Dövləti terror təşkilatı "Qurani-Kərim"in bəzi hissələrində dəyişiklik edəcəyini açıqlayıb. İraqda etdiyi qırğınlarla gündəmə gələn İŞİD indidə "Quran"ın dəyişdirildiyini iddia edərək, təhrif olunan surələri yenidən yazacağını bildirib.
Terror təşkilatı xüsusilə "Kafirun" surəsini dəyişdirmək istədiyinə də toxunub. Dini kitabın təhrif edildiyini iddia edən İŞİD buna bir son verəcəyini bildirib.

Qeyd edək ki, "Kafirun" surəsi Qurani-kərimin 109-cu surəsidir. Mənası "Kafirlər" deməkdir. Ayələrinin sayı 6, kəlmələrin sayı 27, hərflərin sayı 95-dir./ans/

Mediainfo.az