Gecə yenə atışma olub, daha 4 əsgərimiz şəhid olub

Gecə yenə atışma olub, daha 4 əsgərimiz şəhid olub

2 Avqust 2014 11:41
Bəyəndim (0) Bəyənmədim (0)
Hadisə Ağdam-Ağdərə istiqamətində baş verib

Avqustun 1-dən 2-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupu cəbhənin Ağdam-Ağdərə istiqamətində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara növbəti dəfə basqın etməyə cəhd göstərib. Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin hərbi qulluqçularının göstərdiyi şücaət nəticəsində düşmənin cəhdinin qarşısı qətiyyətlə alınıb. Düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Düşmən təxribatı zamanı onun hücumunun qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri itki verib.

Həlak olan hərbi qulluqçular:

- gizir Əliyev Pərvin Səlahəddin oğlu;

- kiçik gizir Hüseynov Rahil Əfsər oğlu;

- kiçik gizir Əhmədov Elçin Rasim oğlu;

- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Quliyev Sərxan Qeyrət oğlu.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir! Hazırda erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyət Azərbaycan Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.

Allah rəhmət eləsin!

Mediainfo.az