Silahlı Qüvvələrdə zabit və gizirlərin inzibati qaydada həbsi ləğv edilib

Silahlı Qüvvələrdə zabit və gizirlərin inzibati qaydada həbsi ləğv edilib

1 Avqust 2014 17:33
Bəyəndim (0) Bəyənmədim (0)

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində monitorinq keçiriblər.

Bu barədə Apa -ya məlumat verən E. Behbudov bildirib ki, bir müddət əvvəl Hərbi Polis İdarəsinə yeni rəis təyin olunub: "Hərbi Polis İdarəsinin yeni rəisi, polkovnik-leytenant Azad Ağayevlə görüşüb, söhbət elədik. Hazırda Hərbi Polis İdarəsinin haupvaxtında 8 əsgər saxlanılır. Onların saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri olmadı. Gün ərzində üç dəfə yeməklə təmin olunurlar, havaya çıxarılırlar. İşgəncə və qeyri-insani rəftarla bağlı faktlar aşkar olunmadı".

E. Behbudov bildirib ki, müdafiə naziri Zakir Həsənov zabit və gizirlərin inzibati qaydada həbs olunmalarının ləğv olunması barədə sərəncam verib: "Mənə bildirdilər ki, nazir Zakir Həsənov zabit və gizirlərin inzibati qaydada həbs olunmaları barədə qərarı ləğv edib. Yəni zabit və gizirlər inzibati qaydada həbs olunmayacaqlar. Lakin hansısa bir cinayət faktı aşkar olunsa, həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar. Eyni zamanda Zakir Həsənov post patrul xidmət əməkdaşları tərəfindən əsgərlərin yerli-yersiz həbs olunmamaları barədə də göstəriş verib. Bəzən məzuniyyətə gələn əsgəri tutub aparırdılar və müəyyən problemlər yaranırdı. Bundan sonra belə hallar baş verməyəcək. Mən bir hüquq müdafiəçisi kimi bu qərarları dəstəkləyirəm. Onu da qeyd edim ki, Zakir Həsənov müdafiə naziri təyin olunandan bizim komitəyə hərbi hissələrlə bağlı heç bir şikayət daxil olmayıb. Ancaq əvvəllər belə şikayətlər çox olurdu".

Mediainfo.az