Alper Coşqun şəhid əsgərlərin ailələrinə başsağlığı verib

Alper Coşqun şəhid əsgərlərin ailələrinə başsağlığı verib

1 Avqust 2014 16:06
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşqun cəbhədə bölgəsində Azərbaycan əsgərlərinin şəhid olması ilə əlaqədar başsağlığı verib. Apa-nın məlumatına görə, diplomat bu barədə özünün "Tvitter" səhifəsində yazıb.

"Azərbaycanlı qardaşlarımızın təmas xəttində şəhid olması barədə xəbərlər gəlir. Hamısına tanrıdan rəhmət diləyirəm, ailələrinə başsağlığı verirəm", - deyə diplomat qeyd edib.
Xatırladaq ki, Ermənistan silahlı birləşmələri ötən gecə cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə soxulmağa cəhd göstəriblər, atışmalar nəticəsində Azərbaycan Ordusunun 8 hərbçisi şəhid olub, 4 nəfər ağır yaralanıb.

Mediainfo.az