Ağstafada piyada faciəsi

Ağstafada piyada faciəsi

1 Avqust 2014 14:56
Bəyəndim (0) Bəyənmədim (0)

Ağstafa rayonunun ərazisində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb. Kənd sakini İmran Nəzərov idarə etdiyi "Volkswagen" markalı avtomobillə yolu keçən rayon sakini Oruc Abadovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş O.Abadov orada ölüb.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.

Mediainfo.az