4 uşağı olan şəhid gizir Qazaxda torpağa tapşırıldı

4 uşağı olan şəhid gizir Qazaxda torpağa tapşırıldı

1 Avqust 2014 13:55
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün cəbhə xəttində düşmənin həmləsini dəf edərkən şəhid olan Azərbaycan Ordusunun giziri Almazov İsə Ziyad oğlu doğulduğu kənddə dəfn edilib.

1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu doğulduğu Cəfərli kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayonun İcra Hakimiyyətin başçısı və aparatın nümayəndələri, hüquq-mühafizə orqanların işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Həmçinin şəhidin xidmət etdiyi hərbi hissinin təmsilçiləri dəfn mərasiminə qatılıblar. Məlumata görə İsə Almazovun 4 övladı var.

Mediainfo.az