Düşmənlə atışmada yaralanan əgərlərdən biri dünyasını dəyişdi

Düşmənlə atışmada yaralanan əgərlərdən biri dünyasını dəyişdi

1 Avqust 2014 13:39
Bəyəndim (0) Bəyənmədim (0)

Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 4 hərbçisi yaralanıb. Həkimlərin səyinə baxmayaraq, onlardan birinin - Abdinov Hüseyn Etibar oğlunu xilas etmək mümkün olmayıb. Sumqayıt şəhərindən hərbi xidmətə çağırılmış H. Abdinov hospitalda vəfat edib.

Şirvan şəhərindən hərbi xidmətə çağırılmış, müddətdən artıq hərbi xidmət keçən Elvin Əsgərovun da düşmənlə atışmada şəhid olduğu xəbəri gəlsə də, aparılan dəqiqləşdirmələr nəticəsində onun ağır yaralandığı məlum olub. Hospitala yerləşdirilən E. Əsgərovun vəziyyətinin çox ağır olduğu xəbər verilir.

Mediainfo.az