YENİLƏNDİ!!! Ötən gecə cəbhə xəttində atışma olub!

YENİLƏNDİ!!! Ötən gecə cəbhə xəttində atışma olub!

1 Avqust 2014 12:06
Bəyəndim (0) Bəyənmədim (0)
Milli Ordumuzun 8 əsgəri şəhid olub

Ötən gecə cəbhə xəttinin Tərtər rayonunun Qapanlı kəndi istiqamətində şəhid olmuş Azərbaycan hərbçilərindən ikisinin kimliyi məlum olub. Bunlar hərbi qulluqçular Vüqar Poladov və Elnur İbrahimovdur.

***

saat 09:28

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gecə boyu intensiv atışmalar olub. Ermənistan silahlı birləşmələri ötən gecə cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə soxulmağa cəhd göstəriblər. Gedən şiddətli atışmalarda Azərbaycan Ordusunun 8 hərbçisi şəhid olub.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Təəssüflər olsun ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri də itki verib.

Mətbuat xidmətinin məlumatında o da bildirilir ki, iyulun 31-də saat 20.00 radələrində Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu ərazisində düşmənlə döyüşdə Silahlı Qüvvələrin giziri, 1977-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış Almazov İsə Ziyad oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbir diləyir!

Mediainfo.az