Türkiyə vətəndaşları Naxçıvandakı gömrük-keçid məntəqəsində səs verəcəklər

Türkiyə vətəndaşları Naxçıvandakı gömrük-keçid məntəqəsində səs verəcəklər

10 İyun 2011 12:27
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə iyunun 12-də keçiriləcək parlament seçkisində bu ölkənin Azərbaycanda yaşayan vətəndaşlarına səs vermək üçün şərait yaradılacaq. Bu barədə APA-ya Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Türkiyə vətəndaşları iyunun 12-də Azərbaycanın Naxçıvan Muxtar Respublikasındakı gömrük-keçid məntəqəsində səs verəcəklər.

Qeyd edək ki, paytaxt Bakı da daxil olmaqla, Azərbaycanda Türkiyənin xeyli vətəndaşı yaşayır. Onların arasında Azərbaycanda təhsil alan, biznes və digər fəaliyyət növü ilə məşğul olanlar da var.

Səs verin səsiniz gəlsin.

Tofiq Əliyev

O.M.