Sabahdan istilər düşəcək

Sabahdan istilər düşəcək

10 İyun 2011 13:08
Bəyəndim (0) Bəyənmədim (0)

Sabah Azərbaycanda havanın temperaturu 33 dərəcəyədək yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumata görə, iyunun 11-də Azərbaycanın rayonlarında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində az buludlu olacağı, yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 26-31 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq.

Havanın necə olmasından asılı olmayaraq, sizə aydın səma arzulayırıq.

Günel Həbib

O.M.