Polis özünü güllələdi

Polis özünü güllələdi

10 İyun 2011 12:09
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən saat 22:30 radələrində Ağsu rayonunda intihar hadisəsi baş verib. Hadisə Ağsu rayon Polis Şöbəsinin qarşısında qeydə alınıb.

Rayonun Yol Polisi Bölməsinin əməkdaşı, polis serjantı, 26 yaşlı Asim Ərəstun oğlu Baxşıyev xidməti tapançası ilə yol patrul maşınında özünə atəş açaraq intihar edib. Hadisə yerinə polis və Prokurorluq orqanları əməkdaşları yollanıb, hadisənin baş verməsi araşdırılır.

İş yerinin qarşısında özünü işə saldı.

Tofiq Əliyev

O.M.