Orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu

Orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu

10 İyun 2011 12:00
Bəyəndim (0) Bəyənmədim (0)

2011-2012-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasından (9 illik) tələbə qəbulu üçün sənəd qəbuluna iyunun 28-dən etibarən başlanacaq. Avqustun 10-dək abituriyentlər internet vasitəsilə elektron ərizələrini doldurub tələb olunan sənədləri təhsil aldıqları tədris müəssisəsinin yerləşdiyi rayonda fəaliyyət göstərən sənəd qəbulu komissiyasına təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər.

SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 09.00-dan 17.00-dək fəaliyyət göstərəcəklər. Hər bir abituriyent eyni zamanda müxtəlif təhsil müəssisələrinin təhsili dövlət və ödənişli olan 12-dək ixtisas kodunu seçə bilər.

İstər bəstəkar ol, istər nəqqaş ol, şair ol, rəssam ol, heykəltəraş ol. Yaratdığın şeyi sevərək yarat. Hamıdan yüksək ol, hamıdan baş ol. (Mikayıl Müşfiq)

Tofiq Əliyev

O.M.