Respublikanın bugünkü fövqəladə vəziyyəti

Respublikanın bugünkü fövqəladə vəziyyəti

10 İyun 2011 12:39
747
Bəyəndim (0) Bəyənmədim (0)

*** Göyçay şəhərində vətəndaşa məxsus ümumi sahəsi 182 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyası 97 kv.m sahədə və həmin tövləyə yığılmış 1,5 ton ot tayası yanmışdır. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər 1 baş iribuynuzlu heyvanı yanğından xilas etmişlər. Yanğın saat 15:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

*** Şirvan şəhəri, Osmanlı kəndində vətəndaşa məxsus həyətyanı sahədə 1,8 ton ot tayası yanmışdır. Yanğın saat 15:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

*** Bakı şəhəri, Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi və arxa qapısı yanmışdır. Yanğın saat 04:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

*** Tərtər şəhərində vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan geyim mağazasının yanar konstruksiyaları və içərisində olan mallar yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

*** Sumqayıt şəhərində "OTOKAR" markalı avtobusun yanar hissələri yanmışdır. Yanğın saat 07:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Çalışın, fövqəladə vəziyyətə düşməyin.

Günel Həbib

O.M.