Dominikanda subasma baş verib

Dominikanda subasma baş verib

10 İyun 2011 11:34
Bəyəndim (0) Bəyənmədim (0)

Son iki həftə ərzində aramsız yağan leysan xarakterli yağışlar Dominikan Respublikasında subasmaya səbəb olub. İlkin məlumata görə, 4 nəfər ölüb. Xəsarət alanlar və itkin düşənlər barədə məlumat verilmir. Təhlükəli ərazilərdən, təxminən, 11 min insan təxliyə edilib. Çaylarda suyun səviyyəsinin kəskin artması 47 yaşayış məntəqəsinin ətraf mühitdən təcrid olunmasına səbəb olub. Mövcud vəziyyətlə əlaqədar ölkə ərazisində zəruri tədbirlər görülür. Qeyd edək ki, Haitidə leysan xarakterli yağışların səbəb olduğu subasma davam edir. Burada 23 nəfər ölüb, onlarla insan isə xəsarət alıb.

Su Dominikana aydınlıq gətirmədi.

Günel Həbib

O.M.